https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

İslam Oyunlarınun iştirakçıları, azarkeşlər və jurnalistlər vizasız gələcək

İslam Oyunlarınun iştirakçıları, azarkeşlər və jurnalistlər vizasız gələcək
“IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Mətbuat Şurası (MŞ) tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsində rolu mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub.
 
XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-dən artıq xarici media qurumu akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etməkdədir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.