https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Mehriban Əliyeva: "Azərbaycan növbəti tarixi qələbəyə imza atdı"

Mehriban Əliyeva: "Azərbaycan növbəti tarixi qələbəyə imza atdı"
"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Bu Oyunların Azərbaycanda keçirilməsi İslam aləminin Azərbaycan hörmətinin təzahürüdür".
 
APA-nın məlumatına görə, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında birinci vitse-prezident və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva söyləyib.
 
M. Əliyeva deyib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha göstərdi : "Azərbaycan göstərdi ki, böyük idman dövlətidir. Azərbaycan komanda hesabında birinci yeri qazandı. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir. Gəlin bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun".
 
Birinci vitse-prezident bildirib ki, Azərbaycan 10 gün ərzində İslam ölkələrinin idmançılarını bir araya gətirdi: "Ümidvaram ki, Bakıdan əziz xatirələrlə ayrılacaqsınız. Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi. Mən könüllülərə təşəkkür edirəm. Siz bu oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər bu Oyunun döyünən ürəyi idisə, siz geniş qəlbi idiniz. Mən idmançılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirirəm. Növbəti Oyunlar 2021-ci ildə İstanbulda keçiriləcək".
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.