Azərbaycan paytaxtının mərkəzində sərnişin avtobusu minik maşını ilə toqquşub.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, yol qəzası Nəsimi rayonu, 28 may küçəsi 78-də baş verib. 30 saylı sərnişin avtobusu “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı bir nəfər hadisə yerində dünyasını dəyişib.
Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya gətirilib. Xəsarət alanlardan 1-nin vəziyyəti kəskin ağır, digər 3-nün vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Ölən və xəsarət alanların adları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır