"Fitch Ratings" beynəlxalq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin təmin edilməmiş avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqinin "BB+" səviyyəsində təsdiqləyib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, reytinqin proqnozu "stabil" olaraq təsdiqlənib. Reytinq ödəmə müddəti olan 2026-cı ildə olan Azərbaycan tərəfindən tam zəmanət verilən 2 mlrd. ABŞ dolları həcmində avrobondlara olan dəyişməyən proqnozu əks etdirir.