
Bu oyuna görə Qurban Qurbanovu qınayan bir xeyli adam tapıldı. Bəzən bu qınaq dərs keçmək iddiasınacan dartındı – həddini aşanlar onu düzgün taktika qurmamaqda, nə bilim, filan oyunçunu dəyişdirməməkdə suçladılar. Neçə illərdən bəri bizi qələbələrə alışdıran, bizdə qələbə vərdişi yaradan, dünyanın adlı-sanlı komandalarını Azərbaycana gətirən, ən əsası da öz işinin peşəkarı olan adama o işdən dərs keçmək şakəri – “necəsən, deyim qanmadım, atan yansın?” 


