“Mənim üçün ən önəmli olan Vətənim, köklərim və ailəmdir” Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti, Toğrul Bağırov 64 yaşında Moskvada vəfat edib. 30.01.19
Aqil Abbasdan yeni hekayə Dolamalardan yenib Ağa körpüsünə çatanda yuxudan ayıldı. Dan yeri çoxdan sökülmüşdü. Əvvəl-əvvəl gözlərini ovxaladı. Sonra şuşəni yendirib pəncərədən çölə boylandı. Dağların bal kimi havası doldu içəri. Bu yolu ayda ən azı bir-iki dəfə getsə də, harda olduğunu anışdıra bilmədi.
26.01.19
Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" qeydləri Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm. Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq. 21.01.19
Şairin hünəri - Xalq yazıçısı Anarın essesi Pərvinin təqdimatında Ölkə prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan olundu. Şübhəsiz ki, bu qərar şairin 650 illik yubileyi ilə bağlıdı. Amma eyni zamanda, dövlətin sənətə münasibətinin daha bir nümunəsi, ədəbiyyatın təbliği üçün növbəti ciddi fürsətdi. Bir il ərzində Nəsimi haqqında araşdırmaların aparılması, silsilə məqalələrin yazılması, şairə həsr olunmuş müsabiqələrin keçirilməsi, tədbirlərin təşkili və üstəgəl, mətbuatda bütün bunların ətraflı işıqlandırılması sözün təntənəsi olacaq. Artıq ədəbiyyatla bağlı rəsmi qurumlar, ayrı-ayrı söz-sənət adamları, alimlər bu hadisənin üstünlüyünü vurğulayan açıqlamalarla, məqalələrlə çıxış edirlər. 19.01.19
Tanıdığımız və tanımadığımız Əntiqə Qonaq O zamanlar universitetin jurnalistika fakültəsində təsadüfi adamlar, yəni bu sənəti sevməyən və yaradıcılıq qabiliyyəti olmayanlar təhsil ala bilməzdilər. 18.01.19
Əlincə şairi - Nizami Cəfərov yazır Müzəffər Əlincəli, qürurla daşıdığı təxəllüsündən də göründüyü kimi, qədim dövrlərdən üzü bəri sözün ağır-yüngülünə xüsusi həssaslıqla yanaşılan, çox böyük söz ustalarının vətəni Naxçıvan diyarında dünyaya gəlib. Və ilk şeirləri də vaxtilə "Naxçıvan nəğmələri" almanaxında dərc olunub... Ancaq sonralar tale onu sovet hökumətinin bizə sürgün yeri kimi tanıtdığı Qazaxıstana gətirib çıxarıb. 17.01.19
Aydın olmaq - Pərvin yazır Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur
15.01.19
Mir Cəlalın "Ədəbi tənqid" kitabı mənəviyyat məcrasında Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub. 15.01.19
Sözün sönməyən işığı Nahid Hacızadənin vəfatından bir il keçir. Hüzn günü yazmışdım: “Səksən iki yaşın astanasında cismən həyatdan köçən dəyərli qələm sahibinin “bu işıqlı dünyada işıqlı ürəklərin gözəlliyini vəsf edən əsərləri” (Ə.Hacızadə) Onu mənən yaşadacaq, sözünün işığı sönməyəcək!” 14.01.19
Müəmmalı qətl və üç versiya... - Fotolar Qadının günahları və günahkarlığı Həvvadan başlanır, deyəsən. Şeytanla əlbirlik də tarixi hadisədir. Buğda (ya da alma, nə fərqi) yeyib cənnətdən çıxmaq qədər böyük qəbahət olarmı?! 12.01.19
Aşıq Şəmşir Muzeyində Nəsib Nəbioğlu ilə görüş "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyində kəlbəcərli gənclərin tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin katibi Nəsib Nəbioğlu ilə görüşü keçirilib. 10.01.19
Qələmsiz yazılanlar - Rəşad Məcid yazır Bir dəfə Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! 07.01.19
Daha bir manifest - Mir Cəlalın kitabına ön söz Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib. “Publisistika (1926-1977)” kitabının ön sözünü oxuculara təqdim edirik. 06.01.19
Xalq yazıçısı Anarın yaradıcılıq yoluna bir nəzər Bütün yaradıcılığını daim izlədiyim, əsərlərini sevərək mütaliə etdiyim Xalq yazıçısı Anara həsr etdiyim bu yazını poetik sətirlərlə başlamaq istəyirəm. 04.01.19
Nadir İbadlı və onun son xəstəsi - Xalq yazıçısı Elçin yazır ... sonra Nadirə elə gəldi ki, sol tərəfdə, ondan iki parta qabaqda, pəncərənin yanındakı partada oturmuş Əminənin başının arxasında da gözləri var və o, yəni 7-ci sinif şagirdi Nadir İbadlı hər dəfə arxadan gözlərini Əminəyə zilləyəndə, Əminə də bunu aşkarca görür, hətta nəinki görür, Nadirin ürəyindən keçənləri də bilir. Ancaq Nadirin ürəyindən nələr keçirdi? - heç Nadir özü də bunu bilmirdi, sadəcə, Əminənin səliqə ilə hörülmüş xurmayı hörüklərinə, o hörükləri bir-birindən ayıran dümdüz tağa baxanda Nadirin içindən ilıq və mehriban bir duyğu keçirdi və həmin anlarda Nadir qorxurdu ki, birdən kimsə o ilıq və mehriban duyğudan xəbər tutar. 31.12.18
"Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın - Aqil Abbas yazır Bir musiqiyə yüz dəfə, lap iki yüz dəfə qulaq asarsan, doymazsan, əlli ildi "Sona bülbüllər"dən doymayan kimi, ya olsun "Ölkəm", təbii ki, Bülbülün ifasında. Bir filmə, bir teatra dəfələrlə təkrar baxa bilərsən, ləzzəti itməz. Məsələn, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc", Mirzə Cəlilin "Ölülər" və "Dəli yığıncağı", Əli Əmirlinin "Şah Qacar" tamaşalarına Azdramada dəfələrlə baxmışam. Bir də vaxtilə İlyas Əfəndiyevin "Unuda bilmirəm"inə. 29.12.18
P.S: Yubiley elmi məqaləsi əvəzinə hekayə İllər sürətlə ötüb keçdi. İndi-indi tələbəlik illərində qrup yoldaşlarımızın bəslədikləri arzulardan hansının həyata keçib-keçmədiyi barədə, yaxud səbəblər və nəticələr haqqında fikir yürütmək, müəyyən qənaətə gəlmək olur. 27.12.18
“Millətçilikdən çox-çox uzaq olsam da, mədəniyyət məsələsində millətçiyəm” ...Söhbət öz axarı ilə gedir. Birdən, “Gəl gör sənə nə göstərəcəm” - deyir. Ayağa qalxıb ardınca gedirəm. Böyük bir futlyarı götürüb açır. Və içərisindən yaraşıqlı, gözəl bir tar çıxarır. “Bu tarı mənə Azərbaycandan göndəriblər”. - deyir, - “Çox dəyərli və qiymətlidir. Bunu mənə hədiyyə etməklə azərbaycanlılar öz köklərinə nə qədər bağlı olduqlarını göstərdilər. Azərbaycan müharibə şəraitində olsa da, özünə, keçmişinə bu qədər sahib çıxa bilir. Xocalıda insanlara yaşadılan vəhşəti bilirik. Ermənilərin oradakı günahsız insanların başına gətirdikləri müsibətlər çox ağırdır, acı hadisələrdir. Tarix boyu çətin ki, unudula!”
22.12.18
Ömrün və Sözün sual macalı Qiymət xanım Məhərrəmlinin sözünü, yaddaşım məni çaşdırmırsa, ilk dəfə 1996-cı ildə eşitmişəm və görmüşəm. Sonra ara-sıra Bakıda, Şəkidə, Borçalıda tədbirlərdə rastlaşmışıq, hal-əhval tutmuşuq. 21.12.18
Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə Isık gölə (bizdə bu gölün adı, rus dilindən aldığımıza görə, hələ də "İssık" kimi yazılır. Mən dilimizə daha uyar olduğu üçün qırğızların dediyi kimi yazmağı münasib sayıram) çatanda yaman kövrəldim. Gəncədən kəndimizə getdiyim günlər gözümün önünə gəldi. 20.12.18
Elçinin "Baş" romanı İtaliyada işıq üzü gördü Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən "Baş" romanı xarici ölkələrdə geniş yayılmaqdadır. 19.12.18
Qrafik, rəngkar, pedaqoq və... insan Bəlkə də bu yazıya başqa ad vermək olardı. Elə adamlar var ki, onların çoxcəhətli həyat fəaliyyəti, gördüyü işlər, reallaşdırdığı arzular, barələrində olan yazılara ən müxtəlif adlar seçməyə imkan verir. 18.12.18