Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? - II məqalə “İstedad Allah vergisidir” - deyirlər, ancaq bu, qəribə bir vergidir - bəzən yaratdığını öz sahibindən daha artıq məşhur edir: Don Kixot Servantesdən, Qulliver Svifdən, Robinzon Defodan, daha sadə kalibrli bir misal kimi, Şerlok Holms Konan Doyldan, yaxud da Puaro Aqata Kristidən artıq dərəcədə məşhurdur, çünki istedad bu obrazları bəşəri səviyyəyə qaldırıb, bu surətlərin bədii qüdrəti hətta müəlliflərini də ötüb, keçib. Elə bizim özümüzdə də Hacı Qara Mirzə Fətəlidən, Məşədi İbad Üzeyir bəydən, Qurbanəli bəy Mirzə Cəlildən az məşhur deyillər. 09.03.19
Fuad Axundov və Yeddi gözəllə şam yeməyi - Pərvin yazır Tarixi öyrənməyin faydaları çoxdur. Bu şablondan şablon cümləylə orijinal olmadığımın fərqindəyəm. Amma neyləməli ki, yaşadıqca keçmişin təsirini daha yaxşı anlayırsan və bu banal fikri də dilə gətirməli olursan. 08.03.19
"Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" - Fotolar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 6-da keçirilən iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzulu elmi məruzə ilə çıxış edib. 07.03.19
Qarabağın rəsmi... - Fotolar Böyük türk şairi Nazım Hikmət şeirlərindən birində dostu, rəssam Abidin Dinoya müraciətlə “Sən mutluluğun rəsmini çəkə bilərmisən Abidin?!” - yazırdı. Abidin Dinonun cavabı qeyri-müəyyəndi... Məncə, “xoşbəxtlik” anlayışı özü aydın deyil ona görə. Xoşbəxtlik andı - deyirlər, ya da arzuların gerçəkləşməsidi. Nə qədər insan varsa, nə qədər xarakter varsa, o qədər də xoşbəxtlik növü var. Ona görə dəqiq şərh etmək, resept vermək mümkün deyil. Amma bədbəxtliyi izah eləmək daha asandı... İtki, ağrı, müharibə, göz yaşı, kədər - bütün bunlar bədbəxtliyin elementləridi. Bir də haqsızlıq, üstəgəl, yalan. 02.03.19
"Şairlər: divarsız dünya" şeir şöləni keçirilib Fevral ayı boyunca Ümumdünya Poeziya Hərəkatının təşəbbüsü ilə dünyada 145 ölkə və 384 şəhərdə "Divarsız Dünya" şüarı ilə şeir oxumaları keçirilib. 01.03.19
"Müasir tənqid və ədəbi proses" Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq yazıçısı Elçinin "Müasir tənqid və ədəbi proses" mövzusunda məruzəsi dinlənilib.
28.02.19
Görkəmli alim, bacarıqlı və fədakar elm təşkilatçısı Azərbaycanın görkəmli geoloq-alimi, elm təşkilatçısı və ictimai xadim, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin 85 illiyi qeyd olundu. 26.02.19
Rənglərin mifologiyası və mozaikası - İsa Həbibbəyli yazır Rənglərin rəngbərəngliyinə, cazibədarlığına, bədii üslubların müxtəlifliyinə görə Azərbaycan təsviri sənəti dünya rəssamlığında xüsusi yerə və böyük imkanlara malikdir. 24.02.19
Hava limanı - Pərvindən yeni hekayə Lənətə gələsən elə, bu da vaxt tapdı aşmağa, indi o biri durub deyinəcək... Deyinəcək nədi ey, beynimi çarmıxa çəkəcək! 23.02.19
Ana dilimiz: millətin varlığı və qürur mənbəyi Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alan nüfuzlu UNESCO təşkilatı 1999-cu ilin noyabr ayında 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Beynəlxalq qurumun bu tarixi qərarından sonra 2000-ci ildən başlayaraq, 21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayramı günü kimi qeyd olunur. 21.02.19
Milli musiqi mədəniyyətimizin yorulmaz tədqiqatçısı Ömrünü elmə, təhsilə həsr etmiş kamil insanlardan biri də həyatının ən gözəl çağında 70 illiyini qarşılayan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının müdiri, professor Tariyel Məmmədovdur.
20.02.19
Mənalı həyat yolu və ya bir yubiley haqqında qeydlər Portret, yaxud yubiley yazıları yazmaq mənim üçün çətindir, hətta çox; düşünürəm ki, elə hamı üçün. Ona görə ki, bir ömrü kiçik bir yazıya sığışdırmaq, həyatının bütün məqamlarını orada bütünlüklə ifadə edə bilmirsən, ömrün hansısa məqamları unudulur. 19.02.19
Nəsiminin cavablı və cavabsız sualları - Rafael Hüseynov yazır Sualsız insan yoxdur və təbii ki, dili sualsız bircə şairimiz də olmayıb. Amma ədəbiyyatımız Nəsimidən çox sualları olan ayrı böyük şairimizi də tanımır. Suallar onun şeir yaratma üslubunun sabit özəlliklərindən, düşüncə tərzinin, özünüifadəsinin bariz cəhətlərindəndir. 17.02.19
Səssiz yeriyən ADAM - Yunus Oğuz Nizami Cəfərovdan yazır O, səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə "özününkü" kimi görünür bu ADAM. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu ADAM. 14.02.19
Cümhuriyyət tələbələri Fransada Ötən il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. 13.02.19
Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!
11.02.19
Ağrının bədii ifadəsi - Kafkanın miniatürləri Elçinin təqdimatında Kafkanın miniatürləri (pritçaları, məsəlləri) onun roman və hekayələrindən az bədii-fəlsəfi-psixoloji yük daşımır və yaradıcı bir fərd kimi Kafkanın müəmmalı qeyri-konkretliyi - o, kimdir? Realistdir, yoxsa absurdçudur? Sürrealistdir? Naturalistdir? Ekzistensialistdir? İdealistdir? Fantastdır və s., kimdir? - bu suallara birmənalı cavab vermək mümkün olmadığı kimi, onun miniatürlərinə də birmənalı yanaşmaq, daha dəqiq desəm, hansısa müəyyən bir bədii-estetik və fəlsəfi bucaq altından baxmaq, təhlil etmək, açmaq (!) və qiymətləndirmək mümkün deyil. 11.02.19
Görkəmli alim, müdrik şəxsiyyət - Arif Paşayev - 85 İnsan kainatın sirlərinə elmin gücü ilə vaqif olur. Bəşəriyyət dünyanı hər gün addım-addım irəli aparan inkişaf proseslərinə görə alimlərə borcludur. Müasir həyatımızın tərəqqi mənzərəsi onların fədakar zəhmətinin, elmi kəşflərinin nəticəsidir.
10.02.19