|
|
|
|
Gecə saatlarından paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib.
Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.