Azərbaycanın baş naziri Novruz Məmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün baş nazir N. Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankara şəhərinə yola düşüb.