Gürcüstanla sərhəddə, "Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyev bildirib ki, mərkəzin açılışı gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək.
Qeyd edək ki, mərkəz "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur.