İlk dəfə qara köynəyinin düyməsinin ağ sapla tikilməyindən bildim evinin qadın əllərindən ötrü darıxdığını... sonra mənə hədiyyə etdiyin kitabların tozu və saralmış vərəqlərdəki tənhalıq qoxusu anlatdı həyatını... - Xuraman Hüseynzadənin şeirləri
***
əllərimi sevirsən incəliyi xoşuna gəlir bu dəqiqə baxışların oğrun-oğrun üstünü örtmür deyə elə soyuqdur əllərim bir bilsən...
Qağayılar gölə gəlməz dənizə gəlməz ördəklər... Hərənin öz vətəni var mənim vətənim sənin gözlərindi özümü axtardığım, özümü gəzdiyim gözlərin baxıb, baxıb özümdən bezdiyim gözlərin
ŞEİRLƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUDƏFƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ