|
|
|
|
Ölümün nə olduğunu, insanların niyə öldüyünü, ölərkən nələr baş verdiyini, öldükdən sonra nələr olacağını bilmirik. Tərslikdən neçə milyon illər ərzində “o dünya”dan bircə nəfər də qayıdan olmayıb ki, soruşaq. Yəqin onda daha dəqiq məlumatımız olardı və bəlkə də onda heç ölümdən qorxmazdıq!
***
Ruhlar heç də həmişə yaxşı deyillər. Onların da arasında cahili, nadanı, yalançısı, səfehi, pis niyyətlisi, ağıllısı, kamili, safı var. Amma ən sonda bütün ruhlar kamil olacaqlar. Çünki onlar hər daim inkişafa, tərəqqiyə doğru gedirlər. Bəziləri sürətlə, bəziləri isə ləng. Bu da öz seçimləri ilə olan prosesdir.
***
Bu kitabı oxuyan və Spiritizm nəzəriyyəsi ilə yaxından tanış olan hər bir insan onu maraqlandıran suallara nəinki cavab tapacaq, onu ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. “Ruhlarla söhbət”-i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür.
***
... Ruhlarla dialoq seanslarının birində Kardeki qoruyan ruh (qoruyucu mələk) ona çatdırıb ki, o, əvvəlki həyatında insanlara düzgün yol göstərən, kralın yanında baş məsləhətçi kimi işləyən müdrik bir insan olub. Ruh onu da əlavə edib ki, əvvəlki həyatında onun adı Allan Kardek olub. Bundan sonra medium Denizard Hippolit-Leon Rivay olan əsl adını dəyişərək “Allan Kardek” təxəllüsünü götürür və bu ad altında Spiritizmlə bağlı əsərlər çap etdirir.
YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ