|
|
|
|
Oktyabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında Müstəqillik Gününə həsr olunmuş "Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı" mövzusunda konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, konfransda müstəqillik dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı mövzusunda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.