|
|
|
|
Chingiz Aghasi: O puldan sizə dəmi çatır? Hesabat istəmək nə zamandan vicdansızlıqdı? Sizin məntiqinizlə hakimiyyətdəkilərdən də hesabat istəmək olmaz
Eldaniz Quliyev: Chingiz Aghasi, mənim məntiqimlə siz bilmədiyiniz məsələyə qarışırsınız, deməli, burada "yuyulmamış qaşıq" funksiyasını yerinə yetirirsiniz... Ritorikanıza diqqət etməsəniz, bloka göndərməli olacam.
Qurban Məmmədov: Eldaniz Quliyev, sən dəmi blok siyasətinə keçdin, Eldəniz? Nə tez. Şair necə deyib: "Eldənizin bir barmağın kəssən, dönüb haqdan qaçar. Gör bu məzlum aşiqi sərpa söyərlər, ağrımaz..." "MOLODES", Eldəniz.
Təqdim edilən bu sitatlar özünü yazıçı, kinodramaturq və ziyalı kimi cəmiyyətə tanıtmaq üçün illərini xərcləyən, amma hələ də ciddi bir uğur qazana bilməyən Eldəniz Quliyevin Facebook səhifəsindəndir. Heç bir müdaxilə olmadan təqdim edirik. 22 oktyabrda "Qurban Məmmədov, hər şey bir qırağa... əzab-əziyyət içində qovrulan siyasi məhbus ailələrinin çörək puluna tamah saldığın üçün sən VİCDANSIZSAN!" deyə başlatdığı müzakirədə küçə söz-söhbətinin biri bir qəpikdən də ucuz qiymətə təklif edilir. Açığı, özünü müxalif sayan, Azərbaycan hakimiyyətinin hər addımını təftiş edən və "rejimi" devirməyə çağırış edənlərin bu qədər aşağı enməsi normal insanda sual doğurmaya bilməz.
Maraqlıdır ki, belə bir üslubda hələ öz aralarında "müzakirə" aparanlar, iraq-iraq, birdən rəsmi dövlət vəzifəsi, parlament kürsüsü tutmuş olsaydılar nə baş verərdi? Yəqin ki, parlamentdə söyüşün biri bir qəpik, dövlət vəzifəsində də qarşılarına çıxana bir təpik olardı...
Deyəsən, onların üslubu mənə də bulaşmağa başlayır axı. Oxuculardan üzr istəyib fikirlərimi ədəb çərçivəsində davam etdirmək istərdim. Özü də ciddi bir şəkildə.
Belə anlaşılır ki, ortada hansısa maliyyə söhbəti var. Daha doğrusu, bunların "siyasi məhbus" adlandırdıqları adamları bəhanə edərək topladıqları pulların mənimsənilməsi baş verib. Yəni bunu da bunlar edir. Ki, bu adamlar Azərbaycan hakimiyyətini ikidə bir rüşvətdə, pul mənimsəməkdə ittiham edirlər...
Və ən adi ədəb qaydalarını gözləməyi bacarmayanların siyasi iddialarla çıxış etməsi, özəlliklə də mövcud hakimiyyətə alternativlər təklif etməyə haqqı çatırmı? Məncə çatmır. Çata da bilməz. Çünki bunlar hələ davranış qaydalarını öyrənsinlər, ondan sonra siyasi iddialarla çıxış edərlər...
Lakin davranış qaydalarını da öyrənə bilməyəcəklər. Çünki əvvəlcədən o başa sahib deyildilər, üstəlik də artıq yaş o yaş deyil ki, nəyisə öyrənib mənimsəyə bilsinlər...
Sonda: Bu yazımı onlar yazıya layiq olduğu üçün yazmadım. Sadəcə ona görə yazdım ki, belə adamlarla siyasi müxalifətçilik etmək istəyənlər bir daha düşünsünlər...
Azər HƏSRƏT
[email protected]