"Müstəqillik ölkəmizin həyatında xüsusi əlamətdar hadisə oldu, amma eyni zamanda, ardınca gələn müharibə, bəlalar, Qarabağ olayları da sənətə təsirsiz ötüşmədi. Və bu mənada son 25 ildə ədəbiyyatın hansı tərəfə inkişaf etməsi, yazılan əsərlərin səviyyəsi, yeni gələn gənc qələm sahiblərinin peşəkarlıq məsələləri çox müzakirə olunurdu. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" monoqrafik nəşri bütün bu suallara cavab verdi əslində və müstəqil ölkənin azad, senzuradan uzaq ədəbiyyatı haqqında real təsəvvür yaratmış oldu. Deyim ki, bu üçcildliyi vərəqlədikcə müstəqillik dövrünün - son 25 ilin ədəbiyyat tariximizdə ayrıca bir mərhələ olduğuna şübhə qalmır" - Yazıçı Pərvinin "85 yaşlı Ədəbiyyat İnstitutu" yazısından parça
- Ədəbiyyat İnstitutu necə yarandı?
- İnstitut hansı böyük layihələrə imza atıb?
- Bəkir Nəbiyev nəyi ən böyük mükafatı hesab edirdi?
- 85 illik ədəbiyyat qurumu...
YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ