|
|
|
|
Milli Məclisin gündəliyi dəyişib.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, 6 məsələ gündəlikdən çıxarılıb.
Qeyd edək ki, bu məsələlər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", İnzibati Xətalar Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanunlara dəyişikliyi nəzərdə tuturdu.