Ermənilərin nankorluğu, xəyanəti, istənilən an zərbə vurmağa hazır olmaları tarixdən hər kəsə yaxşı məlumdur.
Uzun müddət yaşadıqları ölkələrdə bütün təminatları olsa da, onlara qarşı heç bir ayrı-seçkiliyə yol verilməsə də, yenə də öz mənfur əməllərindən əl çəkmirlər, aranı qarışdırmağa, arxadan zərbə vurmağa fürsət axtarırlar. Ən azı ortada Azərbaycan nümunəsi var. Xalqımız hər zaman mənfur erməni xisləti, xəyanəti ilə qarşılaşıb. Bu cür faktlar hər zaman olub və sonuncu Karaqanda hadisələri göstərdi ki, illər keçsə də, erməni xisləti dəyişməz olaraq qalır.
Məlum olduğu kimi, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərindəki ermənilərə məxsus olan "Drevniy Rim" restoranında cinayət hadisəsi baş verib. Belə ki, qeyd edilən iaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif bədən xəsarətləri alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrdə yayılıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib.
Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.
Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub. Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyildir. "Yaxşı türk ölü türkdür" ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur. Qazaxlar da bu baxımdan istisna deyillər.
Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini "ali" irq kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib. Digər ölkələrdə, o cümlədən, Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar əslində, Qazaxıstan ərazisində fəaliyyət göstərən 5-ci kalondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək içəridən zərbə vururlar. Mərkəzi Asiya ölkələri, o cümlədən, Qazaxıstanda yaşayan ermənilərin də əməllərinə sıradan olan adi hal kimi baxmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarmalıdırlar.
Mövzu ilə bağlı fikirlərini bildirən politoloq Fikrət Sadıqov deyib ki, Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi hadisəsi də onların geniş miqyaslı planlarının yeni mərhələsidir. Bundan öncə də Qazaxıstanda bu kimi hadisələrin baş verdiyini xatırladan politoloq söyləyib ki, hər zaman ölkə rəhbərliyi bu kimi məsələlərin normal səviyyəyə qayıtmasına çalışırdı ki, bununla da münaqişə yatırılırdı: "Lakin budəfəki münaqişə alovlanır. Qazaxıstan və Ermənistan XİN, polis rəhbərləri arasında bu istiqamətdə ciddi şəkildə danışıqlar aparılır".
F.Sadıqov bu məsələdə xarici təzyiqlərin olduğunu istisna etmir: "Qazaxıstanda baş verən hadisələrdə Ermənistanın əli ola bilər. Əgər baş verən hadisə ilə bağlı zamanında ölçü götürülməsə, o zaman Qazaxıstanda Ermənistana qarşı yeni münaqişə alovlana bilər".
Politoloq qeyd edib ki, ümumiyyətlə, ermənilər yaşadıqları ölkələrdə aparıcı rol oynamaq istəyən millətdir: "Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə vurğulayıb ki, Qazaxıstanda bir qrup erməninin yerli qazax millətindən olan gənci qətlə yetirməsi sıradan bir hadisə deyil. Bu, əslində, xaricdə bəzi erməni diaspor dairələrinin xarakteristikasıdır. İş burasındadır ki, erməni millətindən olan nümayəndələr dünyanın bir çox yerində yaşayırlar və hər yerdə onlar yerli adət-ənənəni və gəlmə olduqlarını nəzərə almaq istəmirlər.
Onun sözlərinə görə, vaxtaşırı bu və ya digər ölkədə erməni diaspor nümayəndələrinin, yaxud müvəqqəti həmin ölkəyə gələnlərin qandonduran hərəkətləri haqqında məlumatlar yayılır: "Məsələn, Amerika Birləşmiş Ştatları etnik ermənilərdən ibarət olan qanqster dəstələri böyük cinayətlər edirlər və ABŞ mətbuatında bununla bağlı çoxsaylı yazılar gedir. Bu yaxınlarda Almaniyada erməni quldurlarından ibarət dəstələrin fəaliyyəti ilə bağlı Almaniya hökumət nümayəndələrinin çıxışları oldu. Rusiyanın özündə erməni nümayəndələrinin özlərini çox sərbəst hiss etməsi, yerli əhaliyə qarşı aqressiyası görünənir. Qazaxıstanda olan əslində, erməni diasporunun içində olan o aqressiyanın nümayişidir".
Millət vəkili qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan AŞPA-da çıxışı zamanı belə bir faşist ideyası irəli sürmüşdü ki, ermənilərlə azərbaycanlılar genetik olaraq uyğun gəlmirlər və bir yerdə yaşaya bilməzlər: "Amma nədənsə özləri türkdilli dövlətlərdə məskunlaşırlar. Qeyri-rəsmi məlumatlara görə, bu gün Türkiyədə 300 minə qədər erməni yaşayır. Baxmayaraq ki, Ermənistanda Türkiyəyə qarşı rəsmi səviyyədə böyük bir nifrət təbliğ edilir. Qazaxıstanda, Özbəkistanda və digər dövlətlərdə də bunlar var və ilk növbədə biznesdə, siyasətdə, mətbuatda aparıcı yer tutmağa çalışırlar.
Yerli əhaliyə yuxarıdan aşağı baxmaq, onu aşağılamağa çalışmaq nədənsə müəyyən erməni diaspor dairələrinin artıq fəaliyyət növünə çevrilib. Qazaxıstanda bu gün qazax əhalinin ermənilərə qarşı ayağa qalxması, onların Qazaxıstandan çıxarılmasını tələb etməsi görünür artıq son damladır. İndiyə qədər onların fəaliyyəti qazax cəmiyyətidə bir neqativlik doğurub. Qazax cəmiyyətində onların heç də xoşməramlı insanlar olmadığı qənaətinə gəlinib".
A.Mirzəzadə bildirib ki, Ermənistan hakimiyyətinin bu məsələdən ciddi narahat olaraq Qazaxıstanla əlaqə qurub bunu sakitləşdirməyə çalışmasına baxmayaraq, əhalinin yaddaşından onların etdiklərini silmək olmaz: "Qazaxların yaddaşında ötən əsrin 30-cu illərində Qazaxıstana rəhbərlik etmiş etnik erməni Levon Mirzoyanın imzası ilə milyonlarla qazaxın günahsız öldürülməsi faktı da var. Bütün bunlar hamısı göstərir ki, erməni millətçiliyinin fəlsəfəsində çox böyük qüsurlar var. Onlar ilk növbədə bu qüsurları aradan qaldırmalıdırlar. Digər xalqlara, ilk növbədə türkdilli xalqlara qarşı nifrəti aradan götürməlidirlər.
Əgər sivil dünyada öz yerlərini tutmaq istəyirlərsə, onlar mehriban qonşuluq siyasətini əsas götürməlidirlər. Bu isə bu gün bəzi erməni diaspor dairələrində yoxdur. Elə Ermənistanın özünün Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Xocalı faciəsini törətməsi, indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımaması həmin o xislətdən irəli gələn məsələlərdir. Mən hesab edirəm ki, bu cür düşüncə, digər xalqlara, ələlxüsus türdilli xalqlara nifrət hissi ilk növbədə Ermənistana və erməni cəmiyyətinə bundan sonra çox böyük problemlər yaşadacaq".
Politoloq Məhərrəm Zülfüqarlı isə deyib ki, ümumiyyətlə, ermənilər vətəni olmayan bir xalqdır. Onlar harada yaşayırlarsa, həmin yerə, xalqa da həmişə xəyanət edirlər. M.Zülfüqarlı əlavə edib ki, Rusiya dövləti əsrlər boyu onları himayə edib: "Amma yaxın zamanda şahidi olacayıq ki, ermənilər rusların özlərinə də xəyanət edəcəklər. Yəni bu başıpozuq bir dəstə saxta bir tarix uydurub həmin tarixlə də erməni millətini xəstələndiriblər. Ona görə də bunlarda belə bir yanlış fikir var ki, onlar yeni bir dövlət yaratmalıdırlar. Hətta onlar Böyük Britaniyaya da iddia edirlər ki, həmin ərazilər ermənilərə məxsusdur. Belə bir xəstə toplum əlbəttə ki, cinayətə, terrora da əl atır. Qazaxıstanda Karaqanda şəhərindəki ermənilərə məxsus olan "Drevniy Rim" restoranında baş vermiş cinayət hadisəsi də həmin o xəstə təxəyyülün məhsuludur. Mənə elə gəlir ki, bu hadisə qazax xalqını bir daha ayıqlığa-sayıqlığa səsləməlidir ki, bunlarla ehtiyatlı olsunlar. Çünki onlar öz yaşadıqları vətənlərinə hər zaman xəyanət ediblər. O cür hadisələri istənilən ölkədə törədə bilərlər. Biz artıq erməni xislətinin nə demək olduğunu bilirik. Hesab edirəm ki, qazax xalqının da bunu bilməsi vacibdir. Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyildir. "Yaxşı türk ölü türkdür" ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur. Bu baxımdan qazaxlar da istisna deyil".
PƏRVANƏ