|
|
|
|
Fevralın 26-sı, saat 12:00-da Türkiyənin İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali məktəbin Azərbaycan Kültür və Dayanışma Topluluğu "Xocalı Üçün Paylaş" Beynəlxalq Sosial Media Kampaniyası keçirəcək.
Tədbir "Palmali" Şirkətlər Qrupunun təşkilatçılığı, "Yeniçağ" saytının infromasiya dəstəyi ilə baş tutacaq.
Kampaniyanın məqsədi Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycanın ədalətli mövqeyini müdafiə etmək məqsədi daşıyır.
Kampaniyanın təşkilatçıları bildiriblər ki, modern silah olan sosial media informasiya müharibəsinin ən mühüm elementidir.
"Biz də fevralın 26-da #Hocalıiçinpaylaş və #ShareforKhojaly həşteqləri ilə Xocalını, Qarabağı, Azərbaycanı nə qədər sevdiyimizi ortaya qoyacağıq", - deyə açıqlamada qeyd olunub.