https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

“Qarabağ”a getməklə səhv etdim” - Halldorsson gileyləndi

“Qarabağ”a getməklə səhv etdim” - Halldorsson gileyləndi

“Hələ Yeni il ərəfəsində mənə deyildi ki, sən “Qarabağ”da az oynayacaqsan”.

Qol.az-ın xəbərinə görə, bu sözləri İslandiya millisinin qapıçısı Hannes Halldorsson deyib. Bugünlərdə Ağdam komandasından ayrılan 34 yaşlı qolkiper dünən ölkəsinin “Valur” klubu ilə müqavilə imzalayıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Halddorson “Qarabağ” karyerası barədə də danışıb.

“Danışıqlar uzun çəkdi. "Qarabağ”a getməklə səhv etdim. Ora darıxdırıcı idi və qəribəlik vardı. Azərbaycandakı həyatımla bağlı kitab yaza bilərəm”.

Ümumilikdə isə Halldorsson son üç ili karyerasının ən uğurlu dövrü adlandırıb.

Qeyd edək ki, “Qarabağ”a mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olmuşdu. Bir neçə gün öncə Ağdam klubu onunla müqaviləni qarşılıqlı şəkildə ləğv etmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.