Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır.
Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.