Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsi tələbələri akademiyanın 90 illik yubileyi çərçivəsində Beynəlxalq rəqs gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə mədəniyyət və ictimai xadimlər, ali təhsil müəssisələrinin rektorları, xarici ölkələrin diplomatik nümayəndələri, media nümayəndələri və BXA-nın professor-müəllim heyəti iştirak ediblər.
Konsertdə Xalq artisti Yusif Qasımovun quruluş verdiyi “Azərbaycan süitası”, “Yüz biri” rəqsi, Xalq artisti Afaq Məlikovanın quruluşunda “Qarabağ yallısı”, Əməkdar müəllim Pullumb Aqalıyayın quruluşçusu olduğu “İgidlər”, “Əməkdar artist Eteri Cəfərovanın quruluş verdiyi “Sind” osetin rəqsi, eləcə də İncəsənət fakültəsinin digər müəllim-tələbə heyətinin quruluşunda rəqslər, o cümlədən, “Meksika xatirələri”, “Kartuli” gürcü rəqsi, “Cıdır düzü”, “Qavalla rəqs”, “Özünü tap”, “İgidlər”, “Çin rəqsi”, “Tənha insan”, “Sənətkar taleyi”, “İspan rəqsi”, “Yüz biri rəqsi”, “Ölümlə tanqo” akademiyanın müəllim və tələbələrinin ifasında təqdim olunub.
ŞAHANƏ