Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.
Nazirlikdən bildirilib ki, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.