https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

Rafael Ağayev Avropa Oyunlarının yarımfinalına adlayıb

Rafael Ağayev Avropa Oyunlarının yarımfinalına adlayıb

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC-ın məlumatına görə, 75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.

Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.

Qeyd edək ki, karate yığmamızın bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kiloqram) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kiloqram) və Rafiz Həsənov (67 kiloqram) mübarizəni dayandırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.