Bütün məntəqələr səsvermə prosesinə hazırdır.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bütün məntəqələrdə müşahidəçilər və KİV işçilərinin peşə fəaliyyətini qanunvericiliyin tələbinə uyğun həyata keçirmək üçün bütün şərait yaradılıb:
“Həmçinin hər bir şəxs MSK-nın rəsmi saytına daxil olaraq seçkiləri onlayn izləyə bilər. Hesab edirəm ki, seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb”.