|
|
|
|
Bakı Şəhəri 14 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə məktəbin 1”D” sinifinin əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərginin açılışında çıxış edən məktəbin direktor əvəzi Nailə Muradova deyib ki, 31 dekabr gününü xalqımız həm Dünya azərbycanlılarının həmrəylik günü, həm də yeni il bayramı kimi qeyd edir. N.Muradova bildirib ki. 1990-cı il iyulun 22-də ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması Azərbaycan xalqının və dövlətçiliyinin tarixi taleyində dönüş nöqtəsi olub. Bu qayıdış Vətənin məşəqqətli və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinin və obyektiv tarixi zərurətin təntənəsinə çevrilib. 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarla bu gün artıq yüksəliş mərhələsini yaşayan dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsi prosesinin əsası qoyulub”.
Məktəbin 1 “D” sinifinin sinif rəhbəri Anjela Əliyeva isə bildirib ki, hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsi onu sübut edir ki, artıq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə tarixiləşdirilən xalqımızın birlik və həmrəylik hərəkatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına xidmət edən çox mühüm amillərdən birinə çevrilib: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib”.
Sonda isə 1 “D” sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib.