|
|
|
|
Polis polkovniki Nazim İsmayılov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, İdarənin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
APA-nın xəbərinə görə, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.