|
|
|
|
“Azərbaycandakı seçki prosesini yaxından izləyirəm. Rayon şurasının deputatı kimi seçki prosesinin bütün incəlikləri ilə çox yaxından tanışam. Əminəm ki, yeni çağırış parlament Azərbaycan dövlətçiliyinin inkişafına mühüm töhfələr verəcək”.
Bunu secki-2020.az saytına açıqlamasında Udmurtiyanın "Sarapulski rayonu" bələdiyyəsinin deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının fraksiya rəhbəri Elgiz Hacıyev bildirib.
“Köklü islahatların aparıldığı Azərbaycanda parlamentin də yenilənməsi zəruri idi. Hesab edirəm ki, formalaşacaq parlament islahatların əsas tərkib hissəsidir”, - deyə o bildirib.