|
|
|
|
Bu il mayın 11-dən 15-dək ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF – International Science and Engineering Fair) keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il müsabiqənin tarixində ilk dəfə olaraq ISEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi hər il 70-80 ölkədən IX–XI sinif şagirdlərini bir araya gətirir.
2012-ci ildən etibarən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət komanda ISEF-də Azərbaycanı uğurla təmsil edir.