|
|
|
|
Bu günlərdə Aqil Abbas Qobu qəsəbəsində məskunlaşmış Füzuli rayon məcburi köçkün və şəhid ailəsi İmanla görüşüb. O, şəhid ailəsinin mənzilinə baş çəkib, orda onun qohumları və özlərilə çay süfrəsi arxasında səmimi söhbət edib. Bu söhbət zamanı şəhid ailəsinin başçısı və Qarabğ döyüşçüsü İman qarşılaşdıqları çətinliklər və problemlərlə bağlı söz açıb.
Öncə qeyd edib ki, mən şəhid ailəsi kimi fəxr edirəm Azərbaycan vətəndaşıyam və Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm. Çətin günlərimiz çox olub. Ancaq biz heç vaxt ümidimizi itirməmişik. İndi Qobuda yeni tikilmiş, hər cür infrasturukturu olan yaşayış binasında məskunlaşsaq da, doğma elimizi, obamızı heç vaxt, heç zaman yaddan çıxarmırıq.
Çay süfrəsi arxasında Aqil Ababsın şəhid ailəsi ilə söhbəti çox səmimi və yaddaqalan olub. Hətta şəhid ailəsinin başçısı Aqil müəllimlə söhbət zamanı dedi ki, mən heç kəslə belə ürək söhbəti etməmişdim. Aqil müəllim də həmişə şəhid ailələrinin yanında olacağını bildirib, onlara maddi və mənəvi dəstək olacağını xatırladıb. Çay süfrəsi arxasında Aqil Abbas şəhid ailəsinin başçısı və Qarabağ döyüşçüsü İmanın balaca qızı ilə də bir xatirə şəkili çəkdirib. Bu görüşdən şəhid ailəsinin başçısı İman müəllim çox razı qalıb, səmimi yaddaqalan görüşə görə Aqil Abbasa öz təşəkkürünü bildirib.