Suraxanı Rayon Gənclər və İdman İdarəsi fevralın 9-da keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş təşkil edib.
Secki-2020.az saytının Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Suraxanı Gənclər evində keçirilən tədbirdə seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları barədə məlumat verilib.
Sonda gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.