Qardaş ölkə olan Azərbaycanda demokratik siyasi mühit mövcuddur.
Bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, politoloq İsmayıl Safi bildirib.
O, Azərbaycana hər səfərində yeniləşmənin, müasirləşmənin, inkişafın şahidi olduğunu bildirərək deyib: “Azərbaycan cəmiyyətində demokratiyaya sevgi tarixi irsdən gəlir. Hələ 100 il bundan əvvəl Şərqdə ilk parlamentli respublika məhz Azərbaycanda qurulub. Bu parlament seçkilərinin nəticələrinin də qeyd etdiyim tarixi irslə səsləşəcəyinə inanıram”.
Azərbaycanda seçkiöncəsi mühitin kifayət qədər demokratikliyi ilə səciyyələndiyini vurğulayan İ.Safi namizədlərin sayının çoxluğunun bunun bariz nümunəsi olduğunu bildirərək deyib: “Cəmiyyətdə şəffaf seçkilərə inam kifayət qədər böyükdür. Seçki prosesi öz axarı ilə gedir. Namizədlər müstəqil şəkildə təbliğat-təşviqat kampaniyalarını aparırlar. Onlara qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb. Bütün bunlar seçkilərin demokratik prinsiplərə uyğun, ədalətli və şəffaf şəraitdə keçiriləcəyini deməyə əsas verir”.