“Azərbaycanda beynəlxalq seçki hüququna əsaslanan, demokratik seçki mühiti mövcuddur. Mən həmişə Azərbaycanda seçkilərin qənaətbəxş şəraitdə keçdiyinin şahidi olmuşam”.
Bunu secki-2020.az saytına açıqlamasında Fransa Parlamentinin fəxri üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.
O bildirib ki, Azərbaycanda seçicilərin sərbəst seçim etmələri üçün hər cür şərait var. “Bunu müxtəlif ölkələri təmsil edən beynəlxalq müşahidəçilər də görə bilərlər”.
F.Mansel vurğulayıb: “Əvvəlki seçkilərdə bəzilərinin müxtəlif tənqidi fikirlər səsləndirdiyini görmüşük, amma bu tənqidlərin haradan gəldiyini bilməliyik. Onların bir qismi Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan tərəfindən həyata keçirilən manipulyasiyaların məhsuludur, bir qismi isə öz şəxsiyyətinə hörmət etməyənlərin uydurmalarıdır. Bir sözlə, seçkilərin təşkilini tənqid edənlər məğlub olanlardır”.