“Azərbaycanda seçkilər ərəfəsində yüksək siyasi fəallıq müşahidə edirik. Cəmiyyətdə parlament seçkilərinə böyük maraq var”.
Bunu secki-2020.az saytına açıqlamasında Özbəkistan senatının sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının koordinatoru Sodik Safoev deyib.
Onun sözlərinə görə, bütün namizədlər, siyasi partiyalar parlament seçkilərinə yüksək fəallıqla hazırlaşırlar.
“Seçkilər ölkə qanunvericiliyə və beynəlxalq standartlara uyğun təşkil olunub”,- deyə S.Safoev vurğulayıb.