Azərbaycanda parlament seçkiləri prosesi yüksək səviyyədə təşkil olunub.
Secki-2020.az saytının xəbərinə görə, bunu Maldiv adalarından müşahidəçilər heyətinin üzvü Fuvad Zovfik deyib.
Onun sözlərinə görə, Maldiv adalarından iki müşahidəçidən ibarət nümayəndə heyəti Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlib: “Bizi yaxşı qarşıladılar, dörd seçki məntəqəsində müşahidə üçün imkan yaradılıb”.
F.Zovfik bildirib ki, bütün seçki prosesi çox yaxşı təşkil olunub:
“Mən buradakı təşkilatçılıqdan məmnunam. Qeyd etmək istədiyim əsas amillərdən biri odur ki, səs vermək üçün çoxlu kabinələr var. Bu, növbələrin yaranmasının qarşısını alır və seçicilərə daha çox fikirləşmək imkanı yaradır”.