|
|
|
|
Cənubi Koreyada koronavirus geniş yayıldığına görə “Uzbekistan Airways” martın 1-dən Seula uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, fevralın 29-da Seuldan Daşkəndə uçan bütün sərnişinlər müvəqqəti saxlanma yerlərinə göndəriliblər.
Özbəkistan fevral ayında Çinə olan uçuşları da dayandırmışdı.
Aviaşirkətdən bildiriblər ki, Özbəkistana gələn bütün sərnişinlər yoxlamadan keçirildikdən sonra ölkə ərazisinə buraxılır.