Milli Məclisin martın 30-da keçiriləcək iclasında Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşəcək.
APA-nın məlumatına görə, layihəyə əsasən, Toponomiya komissiyasının yeni tərkibinin aşağıdakı kimi təşkil edilməsi təklif olunur:
- Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik)
- İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti)
- Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı)
- Sevinc Fətəliyeva (Milli Məclisin deputatı)
- Musa Quliyev (Milli Məclisin deputatı)
- Əziz Ələkbərov (Milli Məclisin deputatı)
- Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru)
- Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru)
- Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi )
- Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi)
- Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri)