“Çinin Dağlıq Qarabağ məsələsində mövqeyi aydın və ardıcıldır. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
APA-nın xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Çjao Litszyan deyib.
O bildirib ki, Çinin bu məsələ ilə əlaqədar mövqeyi Azərbaycanla imzalanmış ikitərəfli razılaşmalarda da əksini tapıb.
“Çinin Dağlıq Qarabağ məsələsində mövqeyi aydın və ardıcıldır. Çinin prinsipial mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdir və bu, hər iki ölkə arasında imzalanan bir sıra razılaşmalarda da öz əksini tapıb”, - deyə çinli diplomat vurğulayıb.