Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.
Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsindəki paylaşımında bunları yazıb:
“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”