|
|
|
|
Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti,
Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.