https://525.az/img/pics/medium/2024-05/312225_b00qqaporh.jpg İncəsənət - yalnız gözəllik yaratmağa qadir dünya
https://525.az/img/pics/medium/2024-05/312186_nfw091kmki.jpg Alkoqollu içkilərin idxal və istehsalı ilə bağlı yeni tələblər
https://525.az/img/pics/medium/2024-05/312184_4m7k4svkue.jpg "ABŞ belə anlayır ki, bölgədə ağalıq etmək qeyri-mümkündür, Fransa hara soxulur?"
https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
search
2 May 2024

Futbolçular məşqə maska ilə gəlməlidirlər

Futbolçular məşqə maska ilə gəlməlidirlər

Peşəkar Futbol Liqası (PFL) COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavə edib.

Trend-in məlumatına görə, əsasnaməyə əlavədən sonra komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.

Əsasnaməyə əlavədə göstərilir ki, məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır:

- Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.

- Əgər futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.

- Qapalı zalların istifadəsinə icazə verilmir.

- Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.

- Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.

- Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.