“Son günlər ölüm sayı əvvəlki kimi deyil, hər gün 3-5 adamın ölməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, gündəlik yoluxma 300-dən artıqdırsa deməli vəziyyət ciddidir: “Ona görə də hər kəs qaydalara əməl etməlidir, bu həm özümüzün, həm də başqalarının səhhətini qorumaq üçündür”.