Son bir həftə ərzində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfinən təxribatlar törədilir.
Belə ki, bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir.
Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğuran əməllərdir. Belə ki, aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur.
Ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.
1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər.
Xatırladaq ki, Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.
Xaricdə yaşayan azərbaycanlıların erməniləri döyməsi halları isə bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə qarşı vandallıq aktlarının törədildilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır.
Mövzunu şərh edən sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, xaricdə baş verən hadisələr birbaşa Ermənistan rəhbərliyi ilə bağlıdır.
Onun sözlərinə görə, erməni diasporu İrəvandan aldığı tapşırıqlar əsasında dinc azərbaycanlılara qarşı hücumlara keçir: "Ermənilərin müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və azərbaycanlıların dinc aksiyasına qarşı vəhşiliyi, vandalizmi, terrorçu əməllərində rəsmi İrəvanın birmənalı şəkildə əli var. Ermənilər təlimatlandırılıb və onlar İrəvandan gələn tapşırıqları icra edirlər. Bu, vəhşilikdir və dünya bir daha erməni barbarlığının şahidi olur".
Politoloq bildirib ki, erməni diasporunun əsas məqsədi azərbaycanlıların keçirdiyi aksiyaların qarşısını almaq və soydaşlarımızı qorxutmaqdan ibarətdir. "Son hadisələr fonunda Ermənistan tərəfi aciz vəziyyətə düşdü. Ardınca dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Ordumuza dəstək və erməni təxribatlarını ifşa edən aksiyalar keçirməsi onları ciddi narahat etməyə başladı. Bütün bunların qarşısını almaq üçün özlərinə məxsus şəkildə barbarlığa əl atdılar. Əsas səbəbləri odur ki, Azərbaycanın xaricdəki diaspor nümayəndələri qorxsun və aksiyalar keçirməsinlər. Qəribə görünsə də, bu hadisələr söz azadlığı ilə daim öyünən Avropa ölkələri və ABŞ -da baş verdi. Düşünürəm ki, həmin ölkələrin təhlükəsizlik orqanları, aidiyyatı qurumlar ciddi tədbirlər görməlidir. Bütün günahı olan ermənilər öz cəzasını almalıdır. Bizim rəsmi orqanlar tərəfindən artıq işə başlanılıb", deyən F.Sadıqov əlavə edib ki, ermənilər həmişəki kimi terror aktlarına sadiq qalır və bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Əlavə edib ki, xaricdəki diplomatlarımız aktiv şəkildə fəaliyyət göstərməli, beynəlxalq təşkilarlar qarşısında məsələ qaldırmalıdırlar. “Ermənilər hər zaman terroru dəstəkləyiblər, onlara vandalizm törətmək üçün sadəcə bəhanə lazımdır. Hər halda Tovuz istiqamətində məqsədinə nail ola bilməyən düşmən istənilən təxribata əl atmağa hazırdır və biz bunların qarşısını almalıyıq. Görünür, ermənilər digər istiqamətlər axtarışındadırlar. Avropada və digər ölkələrdə baş verənlər bu istiqamətlərin tərkib hissəsidir və bilavasitə Ermənistan rəhbərliyini ilə əlaqədardır".
Millət vəkili Azər Badamov hesab edir ki, erməninin azərbaycanlılara qarşı düşmənçilik baxışları heç vaxt dəyişilməyəcək: “Erməni doğulduğu gündən ölənə qədər belə psixoloji tərbiyə ilə yaşayır ki, türk onun düşmənidir. Sovetlər vaxtında dost-qardaş xalqlar ruhunda tərbiyə olunduğumuz halda, ermənilər bizə qarşı düşmənçilik ruhunda tərbiyə edilirdi”.
Deputatın sözlərinə görə, azərbaycanlıların keçirdiyi dinc əsasən, Amerika və Avropa ölkələrində qəbul olunmuşdur:
“ABŞ-ın Los-Anceles şəhərində və Belçikada öz azad fikirlərini dinc aksiya ilə nümayiş etdirən azərbaycanlılara onlardan dəfələrlə çox erməni tərəfindən hücuma məruz qalmışdır. Bu, niyə baş verir? - kimi bir sual meydana çıxır. Ona görə ki, ermənilər yaxşı bilirlər ki, Tovuz təxribatında 10 qat çox itkilərə məruz qalmaqlarına baxmayaraq, öz niyyətlərinə çata bilmədilər və bundan hiddətlənərək ölkə xaricində dinc azərbaycanlılara hücumlar etməklə öz hiddətini göstərirlər. İkincisi isə Azərbaycan beynəlxalq siyasətdə ermənilərin üzərində qələbə çalıb. Həm də azərbaycanlılar beynəlxalq səviyyədə dinc aksiyalar keçirməklə dünya xalqları qarşısında erməninin bir terrorist, cinayətkar, işğalçı obrazını təqdim edirlər. Ermənilər anlamırlar ki, bizim dinc aksiyalar keçirdiyimiz ölkələrdə qanunla insanların hüquqları qorunur. Kimlər aksiyada gücdən istifadə edibsə, onlar qanun qarşısında cavab verməlidirlər. Bizim xarici diplomatik nümayəndələrimiz o ölkələrin rəsmilərindən qanunların aliliyinin təmini və dinc aksiyamıza qarşı güc işləddən ermənilərin cəzalandırılmasını tələb etməlidirlər”.
Pərvanə