«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimainin Birliyi iyul ayından başlayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinı həyata keçirir.
Layihənin rəhbəri, jurnalist Sevinc Kərimova bildirib ki, layihə çərçivəsində Qazax rayonundan olan 80 maddi vəziyyəti aşagı olan ailələrə birdəfəlik sosial yardım göstərilib.
S.Kərimova qeyd edib ki, həyata keçirdikləri layihələrdə həmişə aktuallığı və hökumətin proritetlərini önə çəkərək ictimai birlik olaraq öz tövhələrini verməyə çalışmışıar:
“Bu layihəmizlə də çalışdıq ki, cəbhə bölgəsi olan Qazax rayonu və kəndlərindən olan, COVİD-19 pandemiyası şəraitində yaşayan ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa yardım edək”.
S. Kərimova artıq layihə başa çatmaq üzrə olduğunu və indiyədək gördükləri işlər haqqında məlumat verərək bildirib ki, Qazax rayonundan olan QHT-lərin, rayon sakinlərinin tövsiyəsi ilə müəyyən etdikləri, ehtiyaclı 80 ailəyə birdəfəlik - 35 azn məbləğində ərzaq kuponlarını poçt vasitəsilə yollayıblar.