Avqustun 28-də Özbəkistan Respublikasının Arxiv Agentliyi "Uzarxiv" tərəfindən "Müstəqil Özbəkistanın arxivləri: nailiyyətlər və problemlər" mövzusunda beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.
Konfransda Özbəkistan "Uzarxiv" Agentliyinin direktoru, agentliyin rəhbər işçiləri, Özbəkistan Elmlər Akademiyasının nümayəndələri, Özbəkistanın dövlət arxivlərinin direktorları, Holokost sənədləri Milli İnstitutunun beynəlxalq arxiv proqramının rəhbəri və digər şəxslər iştirak ediblər.
Onlayn konfransda ölkəmizi Milli Arxiv İdarəsini İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.