|
|
|
|
“I qrupda 600-dan yuxarı nəticə göstərənlərin sayı 607 nəfər olub, bu da iştirakçıların 2,15 faizini edir. Ötən il belə abituriyentlərin sayı 553 nəfər idi, bu da təxminən 2 faiz təşkil edirdi. 0-100 bal arası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 % olub”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, keçən il I qrupda 100 baldan yuxarı nəticə göstərənlər 79 faiz idi, bu il daha çox abituriyent 100 baldan yuxarı nəticə göstərib:
“Ötən il II qrupda 600 baldan yuxarı bal toplayanlar 404 nəfər idi, bu da 2,5 faiz təşkil edib, bu il 600-dan yuxarı bal toplayanların sayı 215 nəfərdir, amma bu il iştirakçıların sayı da ötən ilkinə nisbətən 2000 nəfər az idi, keçən il iştirakçıların sayı 16 000 nəfər idi, bu il isə 13 min nəfər olub, bu da təxminən 1,65 faiz təşkil edir. III qrupda 600 baldan yuxarı bal toplayanlar 550 nəfər olub, bu isə 2,5% təşkil edir. IV qrupda 600-dən yuxarı bal toplayanlar bu il 353 nəfər olub, bu da iştirakçıların 7,37 faizini təşkil edir, keçən il bu rəqəm 378 nəfər idi (7,45 faiz).