|
|
|
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
525.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38.172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35.607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7351, bu günə qədər isə ümumilikdə 1.002.727 test icra olunub.