Türkiyə kəşfiyyat işlərinin aparılması məqsədilə ikinci qazma gəmisini Qara dənizə göndərəcək.
Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabında yazıb.
"Hazırlıq işlərini davam etdirən "Kanuni" gəmimiz Qara dənizdə qazma işlərinə başlayacaq və "Fatih"in gücünə güc qatacaq", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin iyul ayında "Fatih" qazma gəmisi Türkiyənin Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb. Sözügedən gəmi türk sahillərindən təxminən 100 dəniz milində 320 mlrd. kubmetr həcmində qiymətləndirilən təbii qaz yatağı kəşf edib.