Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
***
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə yola düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.