|
|
|
|
Şuşa şəhərinin işğaldan azad edilməsi İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyi (UNA) və Misirin informasiya portallarında geniş işıqlandırılıb.
UNA-nın AZƏRTAC-a istinadla yaydığı xəbərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdən əsas məqamlar yer alıb.
Misirin “Alkhabralmasry” və “Almasryalyoum” informasiya portalları isə Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətnini yayıblar.