“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir. Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.
“Azərişıq”dan 525.az-a bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.